Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR-ın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində inşa etdiyi idman kompleksinin açılışı olub

 

 

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli bələdiyyəsinin 11 minə yaxın əhalisi olan Qızılhacılı kəndində beynəlxalq standartlara uyğun, yeni texnologiyalar əsasında tikilmiş idman kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo-Kartli qu­bernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Baş nazir İrakli Qaribaş­vili mərasimdə çıxış edərək Azərbaycan–Gürcüstan dost­luğundan danışıb. Bildirib ki, strateji tərəfdaş olan Gürcüs­tanla Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün də nümunədir. Hökumət başçısı Azərbaycanı Gür­cüstanın dostu və qardaşı adlandırıb.

Bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirən İ.Qaribaşvili Gürcüstana göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə, eləcə də SOCAR rəhbərliyinə minnətdarlıq edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxı­şında deyib ki, Prezident ilham Əliyev dost və qardaş Gürcüstanla münasibətlərin inkişafına hər zaman böyük diqqət göstərib. Bu ölkədə yaşayan soydaşlarımızın sosial problemlərinin həllində Gürcüstan dövlətinə kömək göstərmək barədə SOCAR rəhbərliyinə konkret tapşırıq­lar verib.

Onun sözlərinə görə, idman kompleksinin, eləcə də digər sosial obyektlərin tikin­tisi, ölkənin qazlaşdırılması sahəsinə ayrılan investisiya­lar bunun bariz nümunəsidir.

Bildirilib ki, SOCAR-ın Gürcüstanda həyata ke­çirdiyi xeyriyyə layihələri çərçivəsində inşa olunan idman kompleksində bas­ketbol, voleybol və futzal üzrə beynəlxalq yarışların keçirilməsi üçün də imkan yaradılıb. Müasir istilik və soyutma sistemləri, yanğın əleyhinə vasitələr ilə təmin olunmuş kompleks 150 tama­şaçı yerlikdir.

Binanın ətrafı abadlaşdırı­lıb, kompleksin yaxınlığındakı futbol stadionu yenidən quru­lub, buraya yeni sintetik qa­zon döşənib, metal çəpərlər, tribunalar, işıqlandırma sistemi təmir edilib, tamaşa­çılar üçün müasir oturacaqlar quraşdırılıb.

Sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, SOCAR prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər idman kompleksində yaradılan şəraitlə tanış olublar.

Xətayi ƏZİZOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

18 Sentyabr 2021 23:54 - İQTİSADİYYAT
İQTİSADİYYAT
20 Oktyabr 2021 | 09:29
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə