Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mənsum İbrahimov: Şuşada hər zaman“Qarabağ şikəstəsi”, Üzeyir bəyin əsərləri səslənib

Bu gün dahi Üzeyir bəyimizin doğum gününü məhz Üzeyir bəyin heykəli qarşısında, Şuşamızda qeyd edirik. Zəfərimizdən sonra ilk dəfədir Milli Musiqi Günümüzü Üzeyir bəyin heykəli önundə keçiririk. Bu, çox gözəl hisslərdir. Sözlə ifadə etmək çox çətindir.

Bu sözləri sentyabrın 18-də AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Xalq artisti Mənsum İbrahimov söyləyib.

Xalq artisti bildirib ki, biz buna görə ordumuza, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımı­za borcluyuq: “Çünki bu qüruru, bu bayramı bizə onlar yaşatdılar. Bura gələn hər kəs görür ki, igidlərimiz Cıdır düzündən, qayalardan necə dırmaşıb bu şəhəri azad ediblər, Şuşanı öz tarixi sahiblərinə qaytarıb­lar. Bundan sonra biz burada əbədi yaşayacağıq. Burada hər zaman çal-çağır olub, hər zaman muğam səslənib, Qarabağ şikəstəsi səslənib, Üzeyir bəyin əsərləri səslənib. Bu gün də “Leyli-Məcnun” səslənəcək, “Qa­rabağ şikəstəsi” səslənəcək. Bundan böyük qürur hissi ola bilməz, Allah dövlətimizi daim var eləsin”.

“Şuşanın girişində bayraqlarımızı görürük, türk bayrağı ilə qoşa dalğa­lanır və hər zaman bir millət olaraq bu qardaşlığı davam etdirəcəyik. Musiqiçilərimizi, xalqımızı təbrik edirəm. Hər kəsə gözaydınlığı verirəm ki, bu gün biz artıq azad Şu­şadayıq”, – deyə o, əlavə edib.

18 Sentyabr 2021 23:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Oktyabr 2021 | 00:44
Rəssamlıq sənətimizin korifeyi

Köhnə versiyamızdan xəbərləri izlə