Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərəf Malkoç: İşğaldan azad olunmuş ərazilərdə gördüyümüz mənzərə dəhşətlidir

 

 

İşğaldan azad olunan ərazilərdə gördüyümüz mənzərə dəhşətlidir. Binalar tamamilə məhv edilib, dini obyektlər təhqir olunub, məzarlardan insanların sümükləri çıxarılıb. Bütün bunların hamısını hesabatda qeyd edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Pre­zidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç işğaldan azad olunmuş ərazilərdə apardıqları faktaraşdırıcı missiyanın nəticələrinə dair keçirilən mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərin əksər hissəsini minalayıb. Minalar insan həyatı üçün çox təhlükəlidir. İşğal başa çatsa da, təcavüzkar Ermənistan minalanmış ərazilərin xəritələrini vermək istəmir. Minalanmış ərazilərin xəritələrinin verilməsi üçün lazımlı işlər görüləcək.

“Biz ötən il oktyabrın 21-23-də - müharibənin davam etdiyi zaman da bölgəyə səfər etmişdik. Bu ziyarət zamanı müharibə bölgəsindən uzaqda yerləşən, mülki əhalinin yaşadığı ərazilərə Ermənistanın raket atması nəticəsində ölənlərin yaxınları ilə görüşmüşdük. O vaxt insan hüquqlarının pozulması ilə bağlı hesabat hazırlayıb BMT, Beynəlxalq Cinayət Məhkəməsinə göndərmişdik. İndiki səfər zamanı isə dağıdılan, məhv edilən tarixi, mədəni abidələrin hansı vəziyyətdə olduğunu, onların bərpasının müm­kün olub-olmaması ilə bağlı hesabat hazırlayacağıq. Bu cür təxribatların bir daha təkrarlanmaması üçün dünya ictimaiyyətinin diqqətini bura çəkəcəyik. Minalar səbəbindən 1 milyondan çox sakin 30 il sonra öz vətəninə gedə bilmir. Bu problem həllini tapmalıdır. Bir neçə ay əvvəl 2 jurnalist də xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində həyatını itirdi. Bunu bütün dünya gördü. Buna son qoymaq la­zımdır”, - deyə Ş.Malkoç əlavə edib.

19 Sentyabr 2021 00:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə