Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər salnaməsinin ibrətamiz səhifələri

 

 Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev son otuz ilə yaxın müddətdə ölkə ictimaiyyətinin nümayəndələri ilə keçirilən bütün görüşlərdə xalqı inandırırdılar ki, dünya belə getməyəcək və biz işğalla barışmayacağıq. Ermənistan dövləti regiondakı havadar­larının və beynəlxalq aləmdəki lobbiçilərinin köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı dövrün bütün illərində, aylarında və günlərində – daim ulu öndərdən və dövlət başçımız­dan eşidirdik ki, biz o torpaqları unutmamışıq, unutmayacağıq və oraya qayıdacağıq. Çünki həmin ərazilər bizim torpağımızdır, əcdadlarımızın torpağıdır.

 

 

 

Nikol Paşinyan və ətrafındakılar isə sarsıdıcı məğlubiyyətdən və ka­pitulyasiya aktının imzalanmasından keçən 10 ay bir həftədə erməni xalqı­na 44 günlük müharibənin nəticələrini unutdurmağa çalışırlar. Həmin ərazilərin erməni torpağı olmadığını hamı kimi onlar da yaxşı bilirlər.

Fəxrlə deyə bilərik ki, ötən ilin payızındakı 44 günlük Qarabağ müharibəsinin nəticələri Azərbaycan Prezidenti İlham Əliyevin adını, sözün həqiqi mənasında, tarixin qalib sərkərdələri, böyük siyasətçiləri sıra­sına yazdı. Fikrimcə, burada dövlət başçımızın ötən il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradındakı nitqindən seçdiyimiz bir sitatın xatırla­dılması yerinə düşər: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmiş­dim ki, Azərbaycanın ərazi bütövlüyü­nü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”. Bu uğura imza atmış Prezidentimizə “Böyük siyasətçi” deyənlər tamamilə haqlıdırlar.

İşğalçı və terrorçu dövlətin hərdəmxəyal başçısı Nikol Paşinyan isə hətta kiçik siyasətçilər sırasına da düşə bilmədi. Çünki müharibələr tarixində məğlubiyyətdən sonra intihar edən kiçik siyasətçilər də olub, ölkədən qaçanlar da, xalq arası­na çıxmayanlar da, ümumiyyətlə, siyasətdən birdəfəlik gedənlər də. Dü­şük və cılız siyasətçi Nikol Paşinyan isə nəinki kiçik siyasətçilərin atdığı addımların heç birini təkrar etmədi, hətta yenidən dövlət başçısı seçildi və seçkidən sonra utanmadan qonşu ölkələrdən birinin kurort şəhərinə ailəsi ilə birlikdə istirahətə də getdi. Çünki ermənidir. Bu xalqda, şərəf, insanlıq, həya, abır kimi keyfiyyətlər heç zaman olmayıb, indi də yoxdur.

Yəni zəfər salnaməmizin ibrət səhifələrindən biri də odur ki, biz bundan sonrakı fəaliyyətimizdə daha qətiyyətli, ayıq və daha cəsarətli olmalıyıq. Çünki düşmən şərəfsiz, abırsız və heç bir tarixi faktdan dərs ala bilməyəyən, görk götürməyən məxluqdur.

...Əslində, zəfər salnaməmizin ibrətamiz dərsləri barədə fikirləri qələmə almaq istəyim 44 gün­lük müharibənin iştirakçısı olmuş hərbçilərdən birinin televiziyada­kı çıxışına qulaq asandan sonra yarandı. Zabit dedi ki, bizim bu əməliyyatlarımızın analoqunu heç bir xalqın və ya dövlətin müharibəsində axtarmayın, tapmayacaqsınız: “Hərbi hissənin komandiri əlində avtomat, sıravi əsgərlərlə çiyin-çiyinə döyü­şürdü. Mən bu fakta şahidlik edəndə dedim ki, biz qalib gələcəyik. Qalib gəldik!” İbrətamizdir.

Yaxud, bir dostumun oğlu danışır ki, Zəngilan istiqamətində gedən döyüşlərdən birində özümdən asılı ol­madan, qeyri-ixtiyari şəkildə koman­diri qorumaq istədim, o, çox dəyərli insandır. Komandir əmr etdi: “Sən tapşırığı yerinə yetir, məni qorumağı unut!”

Nə xoşdur ki, qələbəyə aparan yolumuz bu qəbildən olan səhifələrlə zəngindir.

Başqa bir fakt. Şuşa yağı əsarətindən xilas olandan sonra erməni sosial şəbəkələri yazırdılar ki, Azərbaycan əsgərləri dağa dırmaşan­da öz çiyinlərində ölmüş və ya yara­lanmış dostlarını da qaldırırdılar: “Bu güc və qətiyyət bizim əsgərlərimizə olduqca sarsıdıcı psixoloji təsir etmiş­di”.

Əslində, onlar ən sarsıdıcı, psixo­loji zərbələri dövlət başçımızın tez-tez ekrana çıxaraq xalqa müraciətlər etməsi zamanı, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin Bakı­ya gələrək Prezident İlham Əliyevdən geniş müsahibələr götürməsi za­manı alırdılar. Dövlət başçımız şanlı qələbədən üç ay yarım sonra – bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ermənistanın aldığı mənəvi-psixoloji sarsıdıcı zərbələri bu şəkildə xarakterizə etmişdir: “Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehti­yacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.

Aradan xeyli keçib. Ona görə də, fikrimcə, cənab Prezidentin müsahibə verdiyi KİV adlarını sadalamağa dəyər. Qoy 10 noyabr razılaşmasının müddəalarının icrasını təxirə salmağa çalışan Ermənistan rəhbərləri və revanşistlər yenə də sarsılsınlar: Prezident İlham Əliyevin müsahibə verdiyi xarici KİV arasında Rusiyanın “Rossiya-1, “Pervıy kanal”, RBK televiziya kanalları, “Ria Novosti”, “TASS” və “İnterfaks” agentlikləri, Türkiyənin “TRT Haber”, “CNN-Türk”, “Haber Global”, “Haber Türk”, “NTV”, “A Haber” televiziyaları, Fransanın “Sky News”, “France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın “ARD” televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın “Rai-1” televiziyası və “La Repubblica” qəzeti, İspaniyanın “EFE” informasiya agentliyi, habelə ərəblərin “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, eləcə də, “Euronews”, “CNN International”, “BBC News” televiziya kanalları kimi tanınmış media orqanları var.

Nəhayət, zəfər salnaməmizin ən ibrətli səhifələrindən biri, Ermənistana öldürücü zərbələr vuran növbəti məsələ barədə. Dövlət başçımızın da dediyi kimi, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saat­larından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verirdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirirdi.

Prezident həmin günləri belə xatırlayır: “Mənim qardaşım demiş­dir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyi­mizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyi­mizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin 17 il davam edən siya­si-diplomatik mübarizəsi, dövlətimizi qüdrətləndirməsi, silahlı qüvvələrimizi hərbi əməliyyatlara hazırlaması, xalq-iqtidar birliyini möhkəmləndirməsi, Vətənə sədaqət, düşmənə nifrət hissləri ilə yaşayan yeni gənclər ordu­sunun tərbiyə edilməsi də bizim zəfər salnaməmizin şanlı səhifələri idi. Ən başlıcası odur ki, zəfər salnaməmiz yazıldı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

19 Sentyabr 2021 00:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə