Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları müxtəlif mövzularda mühazirələr oxuyublar.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

18 Sentyabr 2021 16:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə