Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin məsul şəxsləri ilə Bakı şəhərində ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərlərinin videokonfrans formatında görüşü keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarına 2021-ci il mayın 26-da edilmiş dəyişikliklər, monitorinqlər zamanı aşkar olunmuş pozuntular və onların qarşısının alınması istiqamətində görülməli tədbirlər barədə ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlara ətraflı məlumat verilib.

Eyni zamanda, qəbul olunmuş qərarlara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinin aparılmasının yoluxmanın və baş verə biləcək fəsadlarını minimuma endirməklə nəticələnəcəyi qeyd olunub.

Görüşdə ictimai iaşə müəssisələrində COVID-19-un profilaktikasına dair metodiki göstərişlərdə qeyd olunan məsələlər bir daha diqqətə çatdırılıb, sahibkarlıq subyektləri rəhbərlərinin sualları cavablandırılıb.

18 Sentyabr 2021 14:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
20 Oktyabr 2021 | 17:36
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə