Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Qusarda leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas edib - VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

"Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi ərazidən təxliyə olunaraq təhlükəsiz əraziyə çıxarılıb.

 

18 Sentyabr 2021 12:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə