Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edənlər işəgötürənlərin sayı artaraq 507-ə çatıb. Onların 265-i dövlət, 242-si özəl müəssisələrdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2489 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında 715 nəfər (o cümlədən 118 şəhid ailəsi üzvü və 597 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

18 Sentyabr 2021 11:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə