Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.

 "Xalq qəzeti" xəbər verir ki, Milli Musiqi Günü Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur.

 

Bu gün Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq. Milli Musiqi Günü Üzeyir Hacıbəylinin heykəlinin qarşısında onun təşəbbüsü ilə yaradılan Xalq Çalğı Alətləri Orkestrin çıxışı ilə başlayacaq.

Sentyabrın 18-24-dək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konsertlərindən biri Şuşa şəhərində keçiriləcək.

Bu gün Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

Milli Musiqi Günü ilə bağlı Bakıda da bir sıra tədbiqlər təşkil olunacaq.

18 Sentyabr 2021 10:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
22 Oktyabr 2021 | 00:36
Xalça sənətinin Kamil ustadı

Köhnə versiyamızdan xəbərləri izlə