Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlilabadda oyun-əyləncə mərkəzində müştərilərə qəlyan xidməti göstərilməsi aşkarlanıb

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Xalq qəzeti" verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

18 Sentyabr 2021 09:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə