Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhəmməd Salah Stiven Cerrarda çatıb

 

“Liverpul”un hü­cumçusu Məhəmməd Salah klubun sabiq yarımmüdafiəçisi Stiven Cerrardın rekordunu təkrarlayıb. O, buna Çempion­lar Liqasının qrup mərhələsinin ilk turun­da “Milan”la (3: 2) matçda fərqlənməklə nail olub. Bu, 28 yaşlı hücumçunun “Enfild” stadionunda vurduğu 14-cü qol olub. Beləliklə, hər iki futbolçunun “Liverpul”un ev stadio­nunda 14 qolu var.

Ümumilikdə, M.Salah Çempionlar Liqasında "Liverpul"un heyətində 26 qol vurub.

Qeyd edək ki, cari mövsümdə misirli futbolçu “Liverpul”un heyətində beş oyunda 4 dəfə fərqlənib.

Məlumatı “Futbolhd” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

18 Sentyabr 2021 00:44 - İDMAN
İDMAN
19 Oktyabr 2021 | 00:09
Ən bahalı futbolçular

Köhnə versiyamızdan xəbərləri izlə