Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COMAC-ın açıqlaması

 

Çin Mülki Avia­siya Administrasi­yasının (COMAC) açıqlamasına görə, çinli mühəndislərin layihəsi əsasında hazırlanan dar füzelyaja malik “C919” sərnişin təyyarəsinin ilk partiyasının son yığım prosesi başlayıb. Çinin ilk sərnişin təyyarəsi olan “C919” seriyasından ilk 5 təyyarənin ilin sonunadək istifadəyə veriləcəyi açıqlanıb.

Qeyd edək ki, Çində “C919” tipli ilk sərnişin təyyarəsinin istehsalı 2015-ci ilin noyabrında yekunlaşıb. Standart uçuş məsafəsi 4075 kilometr olan “C919” “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boe­ing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur.

Xəbəri “Sinxua” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

18 Sentyabr 2021 00:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə