Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada seçicilər üç gün ərzində səs verəcəklər

 

 

Dünən Rusiya Dövlət Dumasına seçkilər başlayıb. “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri 3 gün davam edəcək. Paralel olaraq Rusiya subyektlərinin regional və yerli orqanlarında da seçkilər baş tutacaq. Bu barədə “Lenta.ru” saytı məlumat yayıb.

Qeyd edək ki, Rusiya par­lamentinin aşağı palatasına 450 deputat 5 il müddətinə seçilir. Mərkəzi Seçki Komis­siyasında 14 siyasi partiya qeydiyyatdan keçib. Partiya­lar tərəfindən 3910 namizəd irəli sürülüb. Təkmandatlı dairələrdə 2062 namizəd var. Dövlət Dumasında təmsil olunmaq üçün partiyalar seçicilərin beş və daha artıq faizinin səslərini toplamalı­dırlar. Təkmandatlı dairələrin namizədləri səs çoxluğu ilə seçiləcəklər.

Səsvermədə 18 yaşına çatmış Rusiya vətəndaşları iştirak edə bilərlər. 2021-ci il iyulun 1-ə olan məlumata görə, 108 milyon 145 min 648 seçici, eləcə də xaricdə 2 milyon 47 min 140 seçici səsvermədə iştirak üçün qey­diyyata alınıb. Ən çox seçici Moskvada (7 milyon 440 min 212), ən az isə Çukotka Mux­tar Dairəsində (32 min 641) qeydiyyatdan keçib.

Səsvermə məntəqələri sentyabrın 17-də saat 08:00-da açılıb. Rusiyada parlament seçkiləri tarixində bu il ilk dəfə Moskva, Nijni Novqorod, Yaroslavl, Kursk, Murmansk və Rostov vilayətlərində seçicilər distant şəkildə səs verə bilirlər.

Seçkilər çərçivəsində uzaq, gedişi çətin olan ərazilərdə, məsələn gəmilərdə, qütb stan­siyalarında, səsvermə məntəqələrinin qurulmadığı yaşayış yerlərində, habelə Rusiya nümayəndəliklərinin olmadığı xarici ölkələrdə müddətdən əvvəl səsvermə nəzərdə tutulub. Müddətdən əvvəl səsvermə avqustun 29-dan başlayıb və sentyab­rın 16-da başa çatıb. Bu il 143 xarici ölkədə 348 seçki məntəqəsi qurulub. Xaricdə olan seçicilərin bir hissəsi on­layn formada səs verə bilər.

Koronavirus pandemiyası ilə əlaqədar bu parlament seçkilərində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin sayı xeyli azdır. Seçkiləri müşahidə etmək üçün, təxminən 300 müşahidəçi Rusiyaya dəvət olunub.

Səsvermənin sonuncu günü, sentyabrın 19-da saat 20:00-dan dərhal sonra bülletenlərin hesablanma­sına başlanılacaq. Ümumi nəticələr isə MSK tərəfindən oktyabrın 4-də elan oluna­caq.

M.HACIXANLI, “Xalq qəzeti”

18 Sentyabr 2021 00:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə