Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Notariat Palatası Mətbuat xidməti üzrə mütəxəssis və məsləhətçi vəzifələrinə vakansiya elan edir

 

 

Azərbaycan Notariat Palata­sı notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusla­rın məcburi üzvlüyü əsasında yaradı­lan, fəaliyyətini özünüidarəetmə prinsipi ilə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palata Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə etmək olar.

Əsas vəzifə öhdəlikləri:

-mətbuat xidmətinin işini təşkil etmək;

-press relizlər, xəbərlər və məqalələr yazmaq;

-PR kampaniyalarının keçirilməsi ilə əlaqədar KİV-lərin monitorinqi­nin nəticələri haqqında Palatanın rəhbərliyinə məlumat vermək;

-palata tərəfindən keçirilən tədbirlərin (mətbuat konfransları, təqdimatlar, xeyriyyə aksiyaları, təlimlər və s.) təşkilində iştirak etmək;

-palata daxili PR planını hazırla­maq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək;

-palatanın ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayıl­masını təşkil etmək;

• KİV-lərlə işgüzar əlaqələr apar­maq;

-palatanın və notariusların fəaliyyətinə aid mütəmadi olaraq pala­tanın rəsmi web səhifəsində xəbərləri yerləşdirmək, yeniləmək, o cümlədən beynəlxaq aləmdə notariat sahəsi üzrə baş vermiş mühüm hadisələrə aid xəbərləri saytda yerləşdirmək.

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır

• İş vaxtı saat 9.00 –dan 18.00-dəkdir

• İş günü- Bazar ertəsi və Cümə günü

Namizəd üçün tələblər:

• Ali təhsilli olmalı

• Mətbuat xidməti sahəsində iş təcrübəsi

• Ən azı bir xarici dil bilməli (ən azı iki xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir)

• Microsoft Office (Word, Excell və Power Point) proqramlarında sərbəst işləmək bacarığı

Şəxsi keyfiyyətlər:

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uy­ğunlaşmaq bacarığı

Məlumatlandırıcı qeydlər:

• CV formanızı göndərməkdən əvvəl iş elanı ilə ətraflı tanış olun

• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya ilə maraqlanan namizədlərdən CV–lərini [email protected] -mail ünvanına göndərmək və e-mailin mövzu hissəsində mütləq “Mətbuat Xidməti – menecer” qeyd etmək xahiş olunur.

18 Sentyabr 2021 00:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə