Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

layihə sənədlərinin hazırlanması işlərinin elektron qaydada satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Lot- 8. “Ağstafa rayonunun Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” obyektlərin tikintisinin layihə sənədlərinin hazırlanması” .

Təkliflərin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğun­luğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Qulam Aslanov.

Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefon -431-08-64; Faks 430-79-57.

Tenderin əsas şərtlər toplusunu elekt­ron qaydada etender.gov.az saytında 200 (iki yüz manat) manat məbləğdə vəsait ödədikdən sonra almaq olar.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçıların fəaliyyəti haqqında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatının surəti;

- maliyyə vəziyyəti barədə bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası­nın Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə vergi orqanınından arayış (yüklülük arayışı);

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti;

- lisenziya və tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiqləyən sənədlər;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış Dövlət Statistika Komitəsindən alınır (son dövr üçün) ;

- satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar;

- tender təkliflərini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.

- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təqdim etməlidir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

İddiaçılar yuxarıda qeyd olunan sənədləri 11 oktyabr 2021-ci il saat 17.00-а qədər tender komissiyasına dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 19 oktyabr 2021-ci il saat 17.00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.

Təklif zərfləri 20 oktyabr 2021-ci il saat 11.00-dа açılacaqdır .

İddiaçıların səlahiyyətli nümayəndələri online şəkildə zərflərin açılışı prosedurunu izləyə bilərlər.

Tender komissiyası

18 Sentyabr 2021 00:31 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə