Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ombudsmanı İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə birgə Ağdamda faktaraşdırıcı missiya həyata keçirib

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərimizə səfər edib, faktaraşdırıcı missiya həyata keçirib. Faktaraşdırıcı missiya Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faktaraşdırıcı səfərin əsas məqsədi işğaldan azad edilən Azərbaycan torpaqlarında yerində araş­dırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdir.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mül­ki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirilib. Pənahəli xanın məqbərəsi, Ağdam Cümə və Qiyaslı məscidləri, eyni zamanda, şəhərdə da­ğıntılara məruz qalmış digər mədəni və sosial obyektlərlə bağlı yerində araşdır­ma aparılıb.

Müvəkkil və İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Ağdamda minalanmış əraziyə də baxış keçiriblər. Qonaqlara mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlığına yaratdığı ciddi təhlükə, eyni zamanda, mina qurbanları ilə bağlı məlumat verilib.

17 Sentyabr 2021 22:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə