Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 270                  Bakı şəhəri, 17 sentyabr 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli və “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil in­ternat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 55-ci hissəsinin ikinci cümləsində “keyfiyyətinə” sözü “mini­mum keyfiyyətinə və təhlükəsizliyinə” sözləri ilə əvəz edilsin və həmin cümləyə “nəzarətini” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2012, № 3, maddə 255; 2017, № 10, maddə 1912; 2018, № 5, maddə 1149, № 11, maddə 2458; 2020, № 10, maddə 1300) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 17-ci hissənin ikinci cümləsində “Səhiyyə Nazirliyinin müvafiq orqanları” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

2.2. 30-cu hissədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

2.3. 42-ci hissənin ikinci abza­sında “keyfiyyətinə” sözü “minimum keyfiyyətinə və təhlükəsizliyinə” sözləri ilə və həmin abzasda “səhiyyə orqanla­rı” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

17 Sentyabr 2021 21:55 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə