Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57357 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39437 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7863592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4588732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3274860 təşkil edir.

17 Sentyabr 2021 20:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə