Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitənin sədri Adil Əliyev bildirib ki, gündəliyə ötən müddət ərzində komitənin fəaliyyəti ilə bağlı hesabat və qarşıdakı sessiyanın iş planı daxil edilib.

Sonra Adil Əliyev komitənin 2021-ci il payız sessiyası üçün iş planı barədə məlumat verib. Bildirilib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təqdim edilən layihələrə baxılacaq, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq.

Qeyd edilib ki, bu sessiyada müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Belə ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı maarifləndirmə işinin təşkilində, “Yaşatmaq yaşamaq kimi gözəldir” aksiyasının, “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsində komitə üzvləri fəal iştirak edəcəklər.

Çıxış edən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlardan Cavid Osmanov, Ülvi Quliyev, Könül Nurullayeva, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin ötən sessiyalarda fəaliyyəti barədə fikirlərini bildiriblər. Millət vəkilləri ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, reallaşan dövlət proqramlarından bəhs ediblər, gənclərin sağlam, savadlı, vətənpərvər yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.

Onlayn iclasda komitə üzvləri Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Etibar Əliyev, Ramil Həsən, Vüqar İskəndərov, Cəbi Quliyev iştirak ediblər.

17 Sentyabr 2021 15:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə