Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz şəhərində polisi əməkdaşını avtomobillə vuran keçmiş məhkum saxlanılıb

Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib. O sonra onu intizama dəvət edən həmin ərazidə xidmət aparan rayon polis şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

E.Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun sərxoş vəziyyətdə olması müəyyən olunub. Rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə həmin şəxs bir ay müddətində inzibati qaydada həbs edilməklə bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

17 Sentyabr 2021 15:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə