Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda sentyabrın 18-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 25-30° isti, dağlarda gecə 6-11°, gündüz 11-16° isti olacağı ehtimal edilir.

17 Sentyabr 2021 18:05 - EKOLOGİYA
EKOLOGİYA
22 Oktyabr 2021 | 18:10
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 18:40
ETSN: Dağlara qar yağacaq

Köhnə versiyamızdan xəbərləri izlə