Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, 2 nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.

17 Sentyabr 2021 12:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
20 Oktyabr 2021 | 17:36
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə