Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

18 sentyabr – dahi Azərbaycan bəstəkarı və musiqişünası, milli bəstəkarlıq məktəbinin banisi, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Şərqdə ilk opera və musiqili komediyaların yaradıcısı, böyük mütəfəkkir alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəylinin doğum günü - ölkəmizdə musiqi bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Bunun da böyük mədəni və tarixi əhəmiyyəti vardır. Bu, Üzeyir Hacıbəylinin adının və irsinin əbədiləşdirilməsi, qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi yolunda atılan mühüm addımdır.

Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan "Xalq qəzeti"nə bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqəli kitablar, məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

17 Sentyabr 2021 11:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
22 Oktyabr 2021 | 00:36
Xalça sənətinin Kamil ustadı

Köhnə versiyamızdan xəbərləri izlə