Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı yoxsul ölkələrə əlavə 200 milyon doza peyvənd göndərəcəyini vəd edir

 

 

Avropa İttifaqı 2022-ci ilin ortalarına qədər düynaının gəlirləri az olan ölkələrinə kömək məqsədilə 200 milyon dozada COVID–19 peyvəndi bağışlayacağını vəd edib. Bu barədə rəsmi Brüsseldəki mənbələrə istinadən “Amerikanın səsi” radiosu məlumat yayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu açıqlamanı çərşənbə günü Fransanın Strasburq şəhərində Avropa Parlamenti qarşısında Avropa İttifaqının fəaliyyəti və qarşısında duran çağırışlar barəsində ənənəvi illik çıxışı zamanı deyib. Xanım siyasətçi Avropa İttifaqının planlaşdırdığı 200 milyon dozanın daha öncə “həmrəyliyə və qlobal sağlamlığa sərmayə” olaraq xarakterizə etdiyi 250 milyon dozaya əlavə olduğunu bildirib. Belələliklə, Avropa İttifaqı yoxsul ölkələrə gələn ilin yayına qədər təmənnasız olaraq 450 milyon dozada peyvəd göndərməyi planlaş­dırır.

Ursula fon der Lyayen hazırda planetimizdə bütün COVID–19 peyvəndi dozala­rının 1 faizdən azının aşağı və orta gəlirli ölkələrdə tətbiq edildiyini və bunun aşkar bir ədalətsizlik olduğunu deyib. “Gəlin, Yer keərisində peyvənd edilməyənlərin pandemiyaya yoluxmama­ları üçün əlimizdən gələn hər şeyi edək”, – deyərək, o, Strasburqda Avropa İttifaqının qanunvericilərinə müraciət edib.

Bu arada ABŞ hərbi qüvvələrinin rəsmiləri hərbçilərin hamısının məcburi qaydada peyvənd edilməsi barədə əmr veriblər. Çərşənbə günü rəsmilər hərbi qulluqda olan bütün əsgərlərin bu il dekabrın 15-nə, ehtiyatda olan və Milli Qvardiya əsgərlərinin isə 2022-ci il iyunun 30-na qədər COVID-19 əleyhinə tam peyvənd olunacaqlarını bildiriblər.

ABŞ-ın şimal-qərbində yerləşən uzaq Alyaska şta­tının ən böyük xəstəxanası dünən ştatda COVID–19-a yeni yoluxma hallarının sürətlə yayıldığını bildirib. Ştatın Ankoric şəhərindəki Providence Alyaska Tibbi Mərkəzinin məsul əməkdaşının sözlərinə görə, xəstəxana hazırda “böhran standartı” şəraitində fəaliyyət göstərir. Bu isə o deməkdir ki, bütün xəstələrə bərabər tibbi xidmət göstərilə bilmir.

Xəstəxanadan verilən açıqlamada həmçinin deyilir ki, təcili yardım bölməsində COVID–19 xəstələrinin həddən artıq çox olması səbəbindən təcili tibbi yardıma ehtiyacı olan digər xəstələr saatlarla avtomobillərində gözləməli olurlar.

M.HACIXANLI, “Xalq qəzeti”

17 Sentyabr 2021 00:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Oktyabr 2021 | 00:51
142 ton humanitar yardım

Köhnə versiyamızdan xəbərləri izlə