Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində bir milyarddan çox əhali tam peyvənd olunub

“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Çində artıq bir milyarddan çox insan ko­ronavirusa qarşı tam peyvənd olunub. Bu, ölkə əhalisinin təxminən 70 faizini təşkil edir.

Xəbər ÇXR-in Milli səhiyyə komissiyasına istinadən yayılıb. Komis­siyanın nümayəndəsi Mi Fen Pekində jurnalistlərə bildirib ki, sentyabrın 15-dək ölkə sakinləri, ümumilikdə, 2,16 milyard doza vak­sin vurdurub. Bu da dünya üzrə vurulan vaksin dozasının (5,18 milyard) üçdəbirindən çoxdur.

Agentliyin məlumatına görə, Pekinin yaşlı əhalisinin 97 faizindən çoxu koronavirusa qarşı tam pevənd edilib.

Qeyd edilir ki, hazırda vaksinasiya tempinə görə Çin Avropa İttifaqını və ABŞ-ı qabaqlayır. Belə ki, ABŞ-da əhalinin yalnız ya­rısı koronavirusa qarşı tam peyvəndlənib. Bununla belə, Pekin pandemiya ilə bağlı tətbiq edilən sərt məhdudiyyətləri yumşalt­mağı planlaşdırmır.

“Worldometer” statistika saytının son məlumatına əsasən, koronavirus pandemiyasının başlanğıcından bəri Çində 95,5 min yoluxma halı qeydə alınıb, virusa yoluxmuş 4 min 635 nəfər vəfat edib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

17 Sentyabr 2021 00:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Oktyabr 2021 | 00:51
142 ton humanitar yardım

Köhnə versiyamızdan xəbərləri izlə