Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ, Avstraliya və Böyük Britaniya yeni təhlükəsizlik formatı yaradır

 

 

ABŞ Prezidenti Co Bayden, Avstraliyanın və Böyük Britaniyanın Baş nazirləri Skott Morrison və Boris Conson təhlükəsizlik sahəsində yeni üçtərəfli tərəfdaşlıq formatı – AUKUS yaratdıqlarını bəyan ediblər. Məlumatı BBC News-ə istinadən “İnterfaks.ru” verib.

ABŞ Prezidenti bunun­la bağlı keçirilmiş birgə təqdimat mərasimində çıxış edərək bildirib: “Avstraliya, Böyük Britaniya və ABŞ-ın tərəfdaşlığını əks etdirən AUKUS abbreviaturası bir qədər qəribə səslənsə də, əslində, bu, yaxşı bir ad­dımdır. Bizim ölkələrimiz XX əsrdə birlikdə olduqları kimi, XXI əsrdə də təhlükələrə qarşı ümumi müqavimət qabiliyyətlərini yeniləyir və möhkəmləndirirlər”.

Baydenin sözlərinə görə, irəli sürülmüş yeni təşəbbüs “bu üç ölkədən hər birinin manevr etmək və tez-tez qarşılaşdığımız yeni təhlükələrdən qorunmaq üçün ən müasir imkanlarla təminatını nəzərdə tutur”.

Öz növbəsində, Avstrali­yanın Baş naziri Skott Mor­rison qeyd edib ki, get-gedə dünya daha da mürəkkəb olur. Bu, Hind-Sakit okean regionunda daha çox nəzəırə çarpır. Ona görə də “bizim regionun ehtiyac duyduğu təhlükəsizlik və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı tamamilə yeni səviyyəyə qaldırmalıyıq”.

Morrison əlavə edib: “AUKUS elə bir tərəfdaşlıq formatıdır ki, bizim texno­logiyalar, alimlər, eləcə də sənayemiz, bizim müdafiə qüvvələrimiz son nəticədə hamı üçün faydalı olacaq daha təhlükəsiz region yarat­maq üçün birgə çalışırlar”.

ABŞ, Avstriya və Böyük Britaniya liderlərinin fikrincə, AUKUS bu üç ölkənin Hind- Sakit okean regionundakı maraqlarının qorunmasına kömək edəcək və Avstrali­yaya indiyədək Fransadan aldığı atom sualtı qayıqlarını ilk dəfə öz ölkəsində istehsal etməyə imkan verəcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

17 Sentyabr 2021 00:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Oktyabr 2021 | 00:51
142 ton humanitar yardım

Köhnə versiyamızdan xəbərləri izlə