Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-avqust aylarında 54,7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur

 

 

Cari ilin yanvar-avqust aylarında ölkədə 54 milyard 730,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, iqtisa­diyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,7 faiz artmışdır.

ÜDM istehsalının 40,4 fa­izi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 faizi tikin­ti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5466,1 manata bərabər olmuşdur.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

17 Sentyabr 2021 00:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT
26 Oktyabr 2021 | 09:38
"Brent" markalı neft bahalaşıb
26 Oktyabr 2021 | 09:07
AMB-nin valyuta məzənnələri
25 Oktyabr 2021 | 09:42
Neft bahalaşıb
25 Oktyabr 2021 | 09:34
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə