Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyanın Senday şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır

 

 

Yaponiyanın Miyaqi prefekturasının Senday şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır.

Bunu Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə görüşdə həmin şəhərin meri xanım Kazuko Kori deyib.

Görüşdə dəvətə görə minnətdarlığını bildirən səfir Azərbaycanın uğurlu xarici siyasəti, hazırkı iqtisadi vəziyyəti, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər haq­qında ətraflı məlumat verib.

Azərbaycan–Yaponiya ikitərəfli münasibətlərindən bəhs edən G.İsamyılzadə iki dost ölkənin regionla­rı arasında əməkdaşlığın münasibətlərimizin genişlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Kazu­ko Kori 2020-ci ildə də səfirlə keçirilmiş görüşünü xatırladıb. Qeyd edib ki, Senday şəhəri Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır.

Səfər çərçivəsində səfir Senday şəhərində fəaliyyət göstərən “Ibuki Co. Ltd.” şirkətinin rəhbərliyi ilə də gö­rüşüb, şirkətin istehsal etdiyi məhsullarla tanış olub. Bildiri­lib ki, şirkət müxtəlif sahələrlə yanaşı, nanofiber texnologi­yası əsasında polipropilendən maskaların istehsalı ilə də məşğul olur. Şirkətin mas­kaları Yaponiya hökuməti tərəfindən müvafiq lisenziya alıb və hazırda ölkənin bir sıra xəstəxanalarında məhz bu maskalardan istifadə edilir. Həmçinin şirkətin nəzdində nanotexnologiyalar ilə məşğul olan elmi-tədqiqat institutu fəaliyyət göstərir.

Şirkətin prezidenti No­zomi Nakamura bildirib ki, bu maskalar üçün istifadə olunan polipropilen neft emalı nəticəsində əldə edilir. Yapo­niyada isə təbii yataqlar olma­dığından polipropilen ölkəyə idxal edilir. Şirkət rəhbəri Azərbaycan ilə gələcəkdə bu sahədə əməkdaşlığa hazır olduqlarını və ölkəmizdə belə bir zavodun tikilməsinin məqsədəuyğun olduğunu bildirib.

Əməkdaşlıq barədə təklifə görə minnətdarlığını bildirən G.İsmayılzadə Azərbaycanda sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradıldığını qeyd edib. Ələt Azad İqtisa­di Zonası haqqında geniş məlumat verərək, “Ibuki Co. Ltd.” şirkətinin təklif etdiyi maska istehsalı zavodunun məhz bu zonada inşasının məqsədəmüvafiq olduğunu vurğulayıb.

Azərbaycan səfirinin səfəri yerli mətbuat tərəfindən də geniş işıqlandırılıb.

Vüqar AĞAYEV,

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

17 Sentyabr 2021 00:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə