Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır

 

 

Bu il XVII Avrasiya Media Forumunun əsas missiyası dəyişməz olaraq qalır – ölkələr və qitələr arasında etimad mühitinin formalaşdırılması, eyni zamanda, regionda media subyektlərinin və mütəxəssislərinin birgə fikir mübadiləsinin təmin olunması və perspektivlər barədə müzakirələrin aparılmasıdır.

Bunu Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunda iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (ME­DİA) icraçı direktoru Əhməd İsmayılov müsahibəsində bildirib.

Avrasiya Media Forumunun on­larla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platfor­ması olduğunu vurğulayan Ə.İsmayılov deyib ki, forumda Azərbaycandan olan nümayəndə heyətinin iştira­kı əməkdaşlığın davam etdirilməsi istəyinin göstəricisidir. Forum regionda media subyektləri ilə işin qurulması təcrübəsinin öyrənilməsi, həmçinin ölkəmizdə də belə bir təcrübənin həyata keçirilməsinə kömək edəcək.

“Düşünürük ki, həm medianı nara­hat edən amillərin, həm də dünyada gedən proseslərdə medianın iştirakı məsələsinin dərindən öyrənilməsi belə media forumlar sayəsində mümkün olacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aidiy­yatı qurumları ilə görüşlər keçirir. Hər iki ölkənin media nümayəndələri arasında informasiya mübadiləsinin təmin olun­masına dəstək göstərmək və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”, – deyə MEDİA-nın icraçı direktoru bildirib.

İlahə ƏHMƏDOVA,

AZƏRTAC-ın xüsusi müxbiri 

Nur-Sultan

17 Sentyabr 2021 00:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə