Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 265        Bakı şəhəri, 13 sentyabr 2021-ci il
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 7 fevral tarixli 16 nömrəli, “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydasının təsdiq edilməsi haqqında” 2001-ci il 13 dekabr tarixli 195 nömrəli, “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 91 nömrəli, “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 25 aprel tarixli 114 nömrəli və “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 44 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 130, №
5, maddə 432; 2015, № 5, maddə 652,
№ 8, maddə 961; 2016, № 9, maddə 1554; 2017,
№ 8, maddə 1600; 2018, № 5, maddə 1105,
№ 10, maddə 2146, № 11, maddə 2440; 2019, № 3, maddə 512, № 6, maddə 1159, № 7, maddə 1341; 2020, № 2, maddə 207) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın “II. Avtomobil yollarının tikintisi və yenidən qurulması” bölməsinin 1.5-ci və “III. Avtomobil yollarının təmiri” bölməsinin 1.4-cü bəndlərində “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş razılıq almış təsərrüfat subyektləri” sözləri “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, müvafiq lisenziyası olan şəxslər” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 dekabr tarixli 195 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 805; 2003, № 10, maddə 629; 2005, № 12, maddə 1228; 2007, № 11, maddə 1177) ilə təsdiq edilmiş “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.12-ci bəndində “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə” sözləri “qeydiyyat orqanına” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 582; 2007, № 11,
maddə 1177; 2008, № 2, maddə 132; 2009, № 8,
maddə 677; 2012, № 11, maddə 1197; 2014,
№ 5, maddə 549, № 10, maddə 1293; 2015,
№ 2, maddə 214; 2016, № 6, maddə 1214; 2018,
№ 1, maddə 139, № 5, maddə 1132) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın 15-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“15. Yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda, bu Qaydaların 6-cı, 7-ci və 8-ci hissələrində qeyd olunan ad verən orqanlar 3 (üç) gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandırır.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201,
№ 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241; 2019, № 1, maddə 163, № 3, maddə 565; 2020, № 10, maddə 1304; 2021, № 2, maddə 194) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin “Dövlət orqanının adı” sütununun 35-ci hissəsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnolo-giyalar Nazirliyi” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 458) ilə təsdiq edilmiş “Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.3-cü, 2.6-cı, 2.8-ci, 4.10-cu və 5.1-ci bəndlərdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
5.2. 4.11-ci bənd ləğv edilsin;
5.3. həmin Qaydaya 2 nömrəli əlavə - “Avtomobil yollarının vahid dövlət reyestrindən Çıxarış”ın formasından “(struktur bölmənin tam adı)” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 297; 2018, № 5, maddə 1110; 2020, № 2, maddə 187) ilə təsdiq edilmiş “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nın 1.3-cü (ikinci halda) və 1.4-cü bəndlərində “yollarının” sözündən sonra “mülkiyyətçilərinin (sahiblərinin)” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

17 Sentyabr 2021 00:10 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə