Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərəf Malkoç: Hesabatımızı BMT-yə və bütün insan hüquqları müdafiəçilərinə göndərəcəyik

 

 

Şuşada olmaq böyük xoşbəxtlikdir. Sabah Ağdam və Tərtərə gedəcəyik. Ermənilər bu yerlərə çoxlu minalar basdırıblar. Bu isə çoxsaylı insan itkisinə və ya yaralanmasına səbəb olur. Ermənistan hələ də bu minaların xəritələrini verməyib. Səfərimizin məqsədi ondan ibarətdir ki, araşdırma aparaq və hesabat hazırlayaraq dünya ictimaiyyətinin Ermənistana təzyiq etməsinə, minalı ərazilərin xəritələrinin Azərbaycana verilməsinə nail olaq.

Bunu sentyabrın 16-da Şuşada səfərdə olan İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç AZƏRTAC-ın bölgə müxbirinə açıqla­masında deyib.

Şərəf Malkoç bildirib ki, Ermənistan 30 il boyunca işğal altında qalan Şuşa və ətraf ərazilərdə tarixi abidələri, əsərləri məhv edib. “Bunları yerində araşdırıb, həmin abidələri təkrar bərpa etmək üçün də hesabat hazırlayacağıq. Bu tarixi əsərlər 10 ilin, 100 ilin əsərləri deyil. Bu abidələr sadəcə azərbaycanlıların, yaxud Qafqaz xalqlarının deyil, dünyanın mədəni irsidir. Məqsədimiz bu mədəni irsi yenidən dünyaya qazandırmaqdır”, – deyə o vurğulayıb.

Bir müddət öncə İkinci Qarabağ müharibəsində Ermənistanın uzaq mənzilli raketlərlə atəşə tutduğu Gəncə və Mingəçevirdən də hesabat hazırla­dıqlarını xatırladan Şərəf Malkoç deyib: “İƏT-in Ombudsmanlar Assosiasiyası insan hüquqları qurumu olaraq, bu məsuliyyəti hiss edir. Hazırlayacağımız hesabatı BMT-yə və bütün insan hü­quqları müdafiəçilərinə göndərəcəyik. Ümid edirəm ki, bunun müsbət təsiri olacaq”.

Qeyd edək ki, Azərbaycan Respubli­kasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.

17 Sentyabr 2021 00:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə