Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir - VİDEO

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən xəbərə görə, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

16 Sentyabr 2021 21:17 -

Köhnə versiyamızdan xəbərləri izlə