Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamda beynəlxalq konfrans keçirilir

Bu gün Ağdam şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransı işə başlayıb.

"Xalq qəzeti" xəbər verir ki, bununla bağlı Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı paylaşım edib.

Bunu çox mühüm hadisə adlandıran R. Hacıyev bildirib ki, dayanıqlı inkişaf və iqtisadiyyat elmi bünövrəsiz mümkün deyil: "Bu isə o deməkdir ki, alimlərimiz Qarabağın dirçəlişində fəal iştirak etməlidirlər. İnanıram ki, bu konfrans ənənəvi tədbirə çevriləcək və elm icması ilə dövlət qurumlarını birləşdirən bir platformaya çevriləcək.

Biz isə, Qarabağ Dirçəliş Fondu olaraq bu gözəl təşəbbüsü daimə dəstəkləməyə hazırıq”.

16 Sentyabr 2021 16:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə