Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək

Sentyabrin 27-dən noyabrın 10-dək 4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş sərgi təşkil olunacaq.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən "Xalq qəzeti"nə verilən məlumata görə, sərginin keçirilməsində məqsəd Qarabağ müharibəsi əlilləri və mərkəzdə yerləşən İnklüziv İncəsənət Məktəbinin əlilliyi olan tələbələrinin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Vətən mövzusunda hazırlanan əl işlərindən ibarət əsərlərin satışından əldə olunan gəlirlər birbaşa olaraq həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.

16 Sentyabr 2021 16:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə