Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Futzal üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Bu gün Yüksək Liqada 2021-2022 mövsümünün püşkatma mərasimi keçirilib.

 "Xalq qəzeti" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş tədbirdə əvvəlcə iştirakçı komandalara və KİV nümayəndələrinə yeni mövsümün reqlamentində edilmiş yeniliklər barədə məlumat verilib.

8 komandanın iştirakı ilə keçiriləcək yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. 21 turun yekununda ilk 4 pilləni tutacaq komandalar pley-off-da oynamaq hüququ qazanacaq. Birinci pillənin sahibi dördüncü, ikinci yeri tutacaq iştirakçı isə 3-cü yerdə qərarlaşmış klubla üz-üzə gələcək. Komandalar iki qələbə qazanana qədər mübarizə aparacaqlar. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda oyunda qarşılaşacaqlar.

Yeni mövsümdə 19 yaşadək futzalçılarla bağlı tətbiq ediləcək limit ləğv edilib. Legioner limiti isə 7-yə bərabərdir. Belə ki, bir klub iştirak ərizəsinə, eləcə də oyunun protokoluna maksimum 7 əcnəbinin adını daxil edə biləcək. Oyunlar isə həftənin cümə günləri keçiriləcək.

Daha sonra yeni mövsümün püşkü atılıb. I turda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

“Alyans” (Lənkəran) – “Baku Fire”
“Record club.az” – “Araz-Naxçıvan”
“Neftçi” İK – EKOL
U-19 - “Xilə”

Qeyd edək ki, 2021-2022 mövsümünə oktyabrın 1-də start veriləcək. Oyunların başlanma vaxtı hələ məlum deyil.

16 Sentyabr 2021 19:07 - İDMAN
İDMAN
24 Oktyabr 2021 | 01:02
Həftənin ən yaxşısı

Köhnə versiyamızdan xəbərləri izlə