Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsində zərər çəkən 45 məktəbdən 36-da təmir-tikinti işləri yekunlaşıb

Təhsil Nazirliyinin sifarişi ilə 2021-ci il 15 sentyabr tarixinə qədər tikilən və əsaslı təmir olunan yeni 37 məktəbin açılışı olub.

"Xalq qəzeti" xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda təlimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov bildirib.

Onun sözlərinə görə, bu məktəblərdən 22-si bir tipli, 15-i modul tipidir: "Dekabr ayı ərzində isə 32 məktəbin açılması planlaşdırılır. Onlardan 16-sı birtipli, 16-sı modul tiplidir. Müharibə dövründə Azərbaycanda 45 məktəb zərər çəkib. Onlardan 36-da təmir və tikinti işləri yekunlaşıb. Digər məktəblərin təmir işləri davam edir".

 

 

16 Sentyabr 2021 14:30 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə