Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlilabad və Şəmkir rayonlarının yeni başçıları ictimaiyyət nümayəndələrinə təqdim olunub

Prezident İlham Əliyevin sərəncamları ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Rafiq Cəlilov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Rəşad Tağıyev ictimaiyyət nümayəndələrinə təqdim olunub.

"Xalq qəzeti" xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev onları rayonların ictimaiyyət nümayəndələrinə təqdim edib.

Xatırladaq ki, sentyabrın 14-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Rafiq Cəlilov Cəlilabad RİH, Rəşad Tağıyev isə Şəmkir RİH başçısı vəzifəsinə təyin olunublar. Dövlət başçısı onları vəzifəyə təyin olunmaları ilə əlaqədar vidroformatda qəbul edib.

16 Sentyabr 2021 14:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə