Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda "Ümumrespublika Xəmsə Festivalı"nın növbəti mərhələsi baş tutub

Şamaxı rayonunda "Ümumrespublika Xəmsə Festivalı"nın növbəti mərhələsi baş tutub.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, əvvəlcə Şamaxı şəhərindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov tədbirin önəmini vurğulayaraq, layihənin ölkə gənclərinin intellektual potensialının inkişaf etdirilməsində xüsusi rol oynadığını bildirib.

Daha sonra YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev iştirakçıları salamlayaraq, onlara "Ümumrespublika Xəmsə Festivalı"nın cəmiyyətdə ictimai-siyasi mövqeyindən asılı olmayaraq həm bitərəf, həmdə YAP üzvü olan gəncləri əhatə etdiyini bildirib. Bunun da əsas məqsədinin Azərbaycan gəncliyinin milli birliyinə xidmət etdiyini diqqətə çatdırıb.

Ucar, Zərdab, Ağdaş, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Kürdəmir və İsmayıllı bölgələrini təmsil edən gənclərdən formalaşmış komandalar V regional tur çərçivəsində finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar. Sonda qalib gələn Ağdaş və Ucar komandaları növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabr ayı ərzində davam edəcək layihənin növbəti regional turu sabah Şəki şəhərində keçiriləcək.

16 Sentyabr 2021 12:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə