Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ötən sutka ərzində 64 halda yanğına çıxış əməliyyatları həyata keçirilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 64 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə iki halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

16 Sentyabr 2021 11:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə