Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri "ASAN xidmət"də olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən xəbərə görə, Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) keçirilən görüşdə qonaqlara “ASAN xidmət”in və EHİM-in fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” və EHİM-in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi və rəqəmsal hökumətin inkişafı sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüşdə ötən il fevralın 25-də Bakı şəhərində Dövlət Agentliyi və Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilən işlər və planlanan layihələr müzakirə olunub.

Qonaqlar, həmçinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

16 Sentyabr 2021 11:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə