Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, tədbir zamanı rayonun Bayan kəndi ərazisində ümumi çəkisi 3 ton 117 kiloqram olan 2150 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

16 Sentyabr 2021 09:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə