Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni baş məşqçi

 

İtaliyanın “Verona” futbol klubuna yeni baş məşqçi təyin olunub. Bil­dirilir ki, bundan sonra “A” seriyası təmsilçisini İqor Tudor çalışdıracaq. Xorvatiyalı mütəxəssis istefaya göndərilən Eusebio di Françeskonu əvəzləyəcək. “Yuventus”da Andrea Pirlonun köməkçisi olmuş Tudor artıq Turin təmsilçisi ilə müqaviləyə xitam verib. Qeyd edək ki, “Verona” A seriyasının ilk üç turundakı məğlubiyyətdən sonra baş məşqçi ilə yollarını ayırmaq qərarına gəlib.

Məlumatı “Futbolhd” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

16 Sentyabr 2021 00:24 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə