Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”lə yeni tədris ilinə hazırlıq daha rahat oldu

 

 

“Azercell” yeni dərs ilinin başlanması münasibəti ilə “Məktəbə qayıdış” adlı kampa­niyasını təqdim edir. Kampaniya çərçivəsində sentyabr ayı ərzində “Azercell” abunəçiləri “Bookmate” elektron kitabxana tətbiqi və “Busuu” məşhur dil öyrənmə proqramın­dan daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Ən əsas üstünlüklərdən biri ondan ibarətdir ki, xidmətə yeni qoşulan mütaliəsevərlər və dil biliklərini inkişaf etdirmək istəyən abunəçilər ilk 7 gün ərzində tətbiqdən pulsuz istifadə imkanı əldə edir.

Pandemiya dövründə kitabxanaların bağlı və ictimai yerlərdə yoluxma riskinin yüksək olduğu bir dönəmdə kitablara olan tələbatı ödəmək üçün “Bookmate” ən ideal vasitədir. ”Bookmate” tətbiqi iki milyondan çox kitabı rahatlıqla əldə etməyə kömək edir. Hər bir istifadəçi bu tətbiqdə öz zövqünə uyğun müasir nəsr, qeyri-bədii ədəbiyyat, klassik və dedektiv janra və yaxud uşaq ədəbiyyatına dair kitablar tapa bilər.

Məkandan və cihazdan asılı olma­yaraq, hətta oflayn rejimdə belə tətbiq vasitəsilə kitabları oxumaqla yanaşı, həm də dinləmək mümkündür ki, bu da “Bookmate” xidmətinin üstünlüklərindən biridir. Bundan əlavə, tətbiqdə müəyyən müddətdə nə qədər kitab oxuyacağını planlaşdırmağı xoşlayan istifadəçilər üçün "Bu ilin məqsədləri" funksi­yası da aktivdir. Bu funksiya mütaliəsevərləri daha çox kitab oxumaga sövq edəcək və dostlarıyla gözəl rəqabətə səbəb olacaq.

Tətbiqdə azərbaycan, rus, ingilis və bun­dan əlavə 13 dildə ədəbiyyat seçimi imkanı təqdim edilir. Bookmate cəmiyyətinə qoşul­maqla, həm də öz düşüncələrinizi 1 milyondan çox abunəçi ilə bölüşün.

Xidmətə “Azercell” abunəçisi kimi qoşul­duqda ayda 7.99 AZN deyil, cəmi 3.50 AZN ödəməklə faydalanmaq mümkündür. Odur ki, daim yenilənən zəngin kitab kataloqundan ibarət mobil kitabxananızı yaradın. Həftəlik abunə üçün *500#YES, aylıq abunə üçün isə *533#YES yığaraq elə indi “Bookmate” tətbiqinə qoşulun. Xidmətə müxtəlif platfor­malar – “Azercell”in rəsmi saytı, “Kabine­tim” tətbiqi, “ABB Mobile”, “Umico” mobil əlavələr üzərindən qoşulmaq mümkündür.

Kampaniya çərçivəsində təqdim olu­nan ikinci xidməti - milyonlarla abunəçisi olan “Busuu” proqramını digərlərindən fərqləndirən əsas cəhəti real vaxt rejimində xarici dili öyrənməyi əlçatan etməsidir. Tətbiq üzərindən dərslərə başlamazdan öncə test vasitəsilə hər bir istifadəçinin dil bilmə səviyyəsi qiymətləndirilir. Testin nəticələrinə əsasən abunəçilər üçün fərdi təlim planı və dərs cədvəli tərtib edilir. “Busuu” istifadəçilərinə A1, A2, B1, B2 səviyyələri üzrə ingilis dilini öyrənmək və ya istiqamətdən asılı olaraq işgüzar, ümumi və yaxud səyahət üçün ingilis dilini seçmək imkanı da təqdim edilir. Hər dərsin sonunda abunəçilərin yerinə yetirdiyi tapşırıqlar yoxla­nılır və qiymətləndirilir.

Busuu tətbiqindəki “İcma” bölməsindən ümumi maraq dairəsinə görə dil daşıyıcısı olan həmsöhbətlər tapıb onlarla həm ünsiyyət qura, həm də maraqlandığınız sualların cavabını ala bilərsiniz. Önəmli məqamlardan biri isə kursu bitirənlərə dil biliyi səviyyəsini təsdiq edən beynəlxalq “McGraw-Hill” sertifi­katının verilməsidir.

App Store və Play Market üzərindən “Busuu” tətbiqinə aylıq 20 AZN deyil, cəmi 3 AZN ödəməklə abunə olun, dünyanın ən çox danışılan 12 dilini (ingilis, rus, fransız, ispan, italyan, alman, portuqal, polyak, yapon, çin, türk və ərəb) rahatlıqla öyrənin. Xidmətə qoşulmaq üçün *969#YES yığın, öyrənmə planınızı seçin, dilinizi zənginləşdirərək nailiyyətlərinizi izləyin.

“Azercell” yeni tədris ilinə hazırlaşan abunəçilərini bu imkanlardan yararlanmağa dəvət edir və hər kəsə uğurlar arzulayır.

“Xalq qəzeti”

16 Sentyabr 2021 00:13 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Oktyabr 2021 | 00:44
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
13 Oktyabr 2021 | 23:48
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə