Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyasi partiyaların nümayəndələri Bakıdakı“Türk şəhidliyi” abidəsini ziyarət ediblər

 

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə respublikamızda fəaliyyət göstərən siyasi partiya­ların rəhbərləri və nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Ziyarətçilər “Türk şəhidliyi” abidəsinin önünə gələrək Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda canlarından keçən türk qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Siyasi partiya rəhbərləri və nümayəndələri Azərbaycan – Türkiyə qardaşlığının əbədi və sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığını və fədakarlığını dərin hörmət və ehtiramla anıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Parti­yasının nümayəndələri də Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bakıya hücumda iştirak etmək üçün, təxminən, 8 min Osmanlı əsgəri və Azərbaycanın 7 min nəfərədək yerli qüvvəsi toplanıb. Bu hərbi əməliyyatla həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu tarixi hadisədən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

“Xalq qəzeti”

15 Sentyabr 2021 22:07 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə