Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə qaynaqçının sexdə xəsarət alması faktına görə cinayət işi başlanıb

Bu il iyunun 2-də Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Gəncə şəhər Prokurorluğundan "Xalq qəzeti"nə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Akif Eyvazov qaynaqçı işlədiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydalarının pozulması səbəbindən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən trvamatik amputasiyası” xəsarəti alıb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

15 Sentyabr 2021 17:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə