Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“BBC World News” telekanalı Azərbaycan haqqında videomaterial hazırlayıb

“BBC World News” telekanalı Azərbaycan haqqında videomaterial hazırlayıb.

"Xalq qəzeti" xəbər verir ki, videomaterialda Azərbaycanın müasir və tarixi memarlıq abidələri, füsunkar təbiəti, nəqliyyat və texnoloji imkanları, ölkədəki inkişaf əksini tapıb.

Materialda Şuşa şəhəri ilə bağlı kadrlar da yer alır.

Videomaterial “Hardtalk”, “BBC World News”, “BBC Business Report”, “Impact” və digər məşhur proqramlar da yayımlanır.

Bununla yanaşı, bbc.com saytında da Azərbaycanın arxitekturasına, mədəniyyətinə və nəqliyyat infrastrukturuna dair məlumatlardan ibarət xüsusi bölmələr oxuculara təqdim edilir.

BBC-nin təqdim etdiyi materiallar ölkəmizin tarixi, milli-mədəni irsi, habelə müasirliyi və dinamik inkişafı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, turistlərin və investorların ölkəyə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 200-dən çox ölkədə yayımlanan “BBC World News” telekanalının 450 milyon izləyicisi var.

 
15 Sentyabr 2021 17:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə