Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Andres Manuel Lopes Obradora

Hörmətli cənab Prezident,

Ölkənizin müstəqilliyinin 200-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 sentyabr 2021-ci il

15 Sentyabr 2021 16:02 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə