Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri keçirilib

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.
Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start verilib.
Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar.
Qeyd edək ki, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.

15 Sentyabr 2021 14:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Sentyabr 2021 | 00:18
Qəhrəmanlar unudulmur
29 Sentyabr 2021 | 00:16
Lənkəranda silsilə tədbirlər

Köhnə versiyamızdan xəbərləri izlə