Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə səfiri Bakının azad olunması ilə bağlı paylaşım edib

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

“Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür.

Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandiri Nuru Paşanı, onun qəhrəman ordusunu və Qafqazın qəlbində mərhəmət və minnətdarlıqla yatan minlərlə şəhidimizi anırıq”, - deyə o, tvitter hesabında qeyd edib.

15 Sentyabr 2021 12:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə