Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  "Xalq qəzeti"nə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri daha bir nəzarət-profilaktiki tədbir uğurla nəticələnib. Polis əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 5 avtomat, 1 pulemyot, 2 qumbaraatan, 14 müxtəlif markalı qumbaralar, silah sandıqları, əleyhqazlar, alışdırıcılar, eləcə də 985 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

15 Sentyabr 2021 10:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə